Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımının 31-ci ildönümünə hər olunmuş tarix dərsi

20.02.2023

Fevralın 20-də Masallı Tarix- Diyarşünaslıq Muzeyin təşkilatçılığı ilə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Təcavüz” adlı tarix dərsi keçirilib.

Əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dərsi giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 1992- ci il fevral ayının 25- dən 26- na keçən gecə baş vermiş soyqırım haqqında ətraflı məlumat verib və bu mövzuda keçirilən dərslərin əhəmiyyətindən danışıb.

Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva Xocalı faciəsi və onun qurbanları haqqında geniş məruzə ilə çıxış edib. Daha sonra məktəbin tarix müəllimi Afiq Zahidov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsilə bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən iddialarına birdəfəlik son qoyulduğunu xüsusi vurğulayıb.

Yekunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və  şagirdlər Xocalı soyqırımına aid foto şəkillərlə tanış olublar.