18.02.2023
Fevralın 18-də "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın 5.4.12- ci maddəsinə əsasən uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlar mərkəzə ekskursiya edib, rəngarəng rəsmlər çəkib və cizgi filmləri izləyiblər.