Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bir dahi ömrü

16.02.2023

Fevralın 16-da Masallı Tarix -Diyarşünaslıq Muzeyində “Heydər Əliyev İli”nə həsr olunmuş ”Bir dahi ömrü” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə C.Kazımov adına Qodman kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Dilgüşə Məmmədova ulu öndər Heydər Əliyevin zəngin ömür yolundan danışıb

Sonra məktəbin direktor müavini Bəybala Əliyev ümummilli lider Heydər Əliyevin ümumxalq məhəbbəti qazanmasından, onun hər bir Azərbaycan vətəndaşının qəlbində əbədiləşməsindən söhbət açıb.

 Yekunda şagirdlərin muzeyə ekskursiyası təşkil olunub.