15.02.2023
Fevralın 15-da Masallı rayon Mərkəzi Kitabxanasının təşkliatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “İnsan alverinə birlikdə son qoyaq” adlı tədbir keçirilib.
Əvvəlcə kitabxananın əməkdaşı Lətafət Əlirzayeva dünyada qlobal problem hesab edilən insan alveri və onun doğurduğu ağır nəticələr barədə şagirdlərə məlumat verib. İnsan alverinə qaşı səmərəli mübarizə aparılması üçün dövlətlər arasında qarşılıqlı əməkdaşlıq və yardımlaşmanın əhəmiyyətini vurğulayıb.
Sonra kitabxananın digər əməkdaşı Aygül Mirzəzadə insan alverinə qarşı mübarizə üsulları haqqında məruzə ilə çıxış edib.