Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Məktəb Kitabxanaları günü

22.10.2018

22 oktyabr 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında “Beynəlxalq Məktəb Kitabxanaları Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhər 2,3,4 saylı, Ərkivan qəsəbə 1 və 4 saylı orta məktəblərin şagirdləri və kitabxana işçiləri iştirak edirdilər. Metodisti Münəvyər Əzimova “Beynəlxalq Məktəb Kitabxanaları Günü”-nün 1999-cu ildə UNESKO-nun təşəbbüsü ilə təsis edildiyini və cəmiyyətin marağını məktəb kitabxanalarına cəlb etmək məqsədi daşıdığını bildirdi. O, uşaqlara kitab və kitabxanaların yaranma tarixi haqqında ətraflı məlumat verərək, məktəb kitabxanalarında mövcud olan fondların qorunub saxlamasını uşaqlara və kitabxana işçilərinə tövsiyyə etdi. M.Əzimova oktyabr ayı ərzində rayon ümumtəhsil məktəb kitabxanalarında bu bayram tədbirlərinin davam etdirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Sonra  MKS-nin direktoru Əlhəddin Nəzərov, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva kitabxanaların hər zaman ziyarət etməyə dəyərli yer olduğunu deyərək boş zamanlarını burada keçirməyə, özlərinə lazım olan kitabları əldə edib oxumağı məsləhət bildilər. Tədbirdə Ərkivan qəsəbə 4 saylı orta məktəbin şagirdləri  “Kitab mənim dostumdur” adlı kompozisiya nümayiş etdiriblər. Şagirdlər tərəfindən maraqlı səhnəciklər ifa edilib, kitab haqqında şeirlər, hikmətli sözlər səsləndirilmişdir. Tədbirin sonunda viktorina keçirilib, qələbə qazanan Ərkivan qəsəbə-1 saylı orta məktəbin şagirdi Talıbova Mədinə 1 yerə, şəhər 4 saylı orta məktəbin şagirdi Şükürova Aytac və 2 saylı orta məktəbin Hüseynli Mirkəlam 2-ci yerə, 3 saylı orta məktəbin şagirdi Cəfərova Cavad 3-cü yerə layiq görülərək maraqlı kitablarla mükafatlandırıldılar.