Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid məzarları ziyarət olunub

15.02.2023

Fevralın 15-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin, Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları fevral ayında anım günləri olan Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Mədəniyyət nümayəndələri Boradigah qəsəbəsində Fərasət Qubad oğlu Paşayevin, Mahmudavar kəndində Qeysər Əlihəsən oğlu Həşimovun, Siyasət Hüseyn oğlu Fərəcovun, Etiram  Heybət oğlu Abbasovun, Qüdrət  Sarıbala oğlu Babayevin, Mübariz Tofiq oğlu Şahbazovun, Röyad Famil oğlu Məmmədovun, Tüklə kəndində Əli İbad oğlu İbadovun, Əli Əliseyran oğlu Nəcəfovun,  Miyankü kəndində Nadir Ənvər oğlu Aslanovun məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

Sonra mədəniyyət nümayəndələri Qəzvinoba kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Anar Məmmədovun anası Səadət xanımla görüşərək ona ehtiramlarını ifadə ediblər.