15.02.2023
Fevralın 15-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqrımının otuz birinci ildönümü ilə əlaqədar "Unudulmayan faciə" adlı tədbir keçirilib.
Tədbirdə Sırıq kənd orta məktəbinin şagirdləri iştirak edib. Əvvəlcə faciə qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə mövzu ilə bağlı geniş məlumat verib və şagirdləri xalqımızın tarixinə əbədi həkk olan bu faciələri unutmamağa çağırıb.
Yekunda Xocalı Soyqrımına həsr olunan "Qisası alınan torpaq" adlı sərgiyə baxış keçirilib.