Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası

13.02.2023

Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinə məktəblilərin növbəti ekskursiyası təşkil olunub.

Fevralın 6-dan başlayan ekskursiyalarda Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti iştirak edib.

Burada onlara mərkəzin əməkdaşları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponatlar, fotoşəkillər, kitablar haqqında ətraflı məlumat verilib, həmçinin mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Ekskursiyalar şagirdlərdə xoş təəssürat yaradıb. Yekunda xatirə şəkilləri çəkilib.