Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ziyalılarla görüş

11.02.2023

Fevralın 11-də Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı-publisist Xodaşirin Cəbiyevin ictimaiyyət nümayəndələri, ziyalılar və yazarlarla görüşü keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov rayonun elm, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin təşkil olunmasının xüsusi önəm daşıdığını vurğulayıb. 

Sonra Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, pedaqoq, şair Əlzaman Baxış, filoloq, şair Camal Lələzo, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, “Yeni Həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev, bioloq, bədii qiraət ustası Ramiz Kazımov, Masallı Rayon Veteranlar Təşkilatının sədri Məmmədağa Şiriyev, filoloq Qeyrət Balaşzadə və digər şəxslər çıxış edərək bildiriblər ki, Xodaşirin Cəbiyev malik olduğu ensiklopedik bilikləri, istedad və bacarığı sayəsində böyük uğurlar əldə edib, müsbət özünəməxsus keyfiyyətləri və nümunəvi həyat tərzi ilə insanların hörmət və etimadını qazanıb.