10.02.2023
Fevralın 10-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev irsi və Azərbaycançılıq məfkurəsi" mövzusunda inşa müsabiqəsi keçirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon üzrə təhsil sektoru, Heydər Əliyev Mərkəzi və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Cəlilabad rayon tam orta məktəblərinin şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndərin, şəhidlərin və Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yekunda qaliblər mükafatlandırılıb.