10.02.2023
Fevralın 10-da Masallı rayon Mərkəzi Kitabxanasında şair, dramaturq İslam Səfərlinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Rasif Dadaşov tədbir iştirakçılarına şairin yaradıcılığı haqqında geniş məlumat verib.
Sonra məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Həbibə Hüseynova onun dramaturq kimi də uğur qazandığını söyləyərək qeyd edib ki, İ.Səfərlinin "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.