10.02.2023
Fevralın 10-da Masallı Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə Bədəlan kənd tam orta məktəbində “Qəhrəmanları tanıyaq” başlığı altında qazilərlə şagirdlərin görüşü keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tədbirin mahiyətindən danışıb.
Sonra 44 günlük Vətən müharibəsinin iştirakçıları Qüdrət Əzizov, Murad Zeynalov, Ruslan Ağayev, Elçin Məmmədov, Amal Hüseynov, Cahangir Məmmədov, Talıb Qəzənfərli ,Elmir Axundov döyüş xatirələrindən bəhs ediblər.
Yekunda məktəbin direktoru Arif Mehtiyev, direktor müavini Məhbubə Şahbazova çıxış edərək şagirdlərin vətənpərvərlik ruhunda yetişmələrində xüsusi rol oynayan belə tədbirin keçirilməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.