Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biz hər birimiz Mübarizik

07.02.2023

Fevralın 7-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında "Biz hər birimiz Mübarizik"  mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Mirlətif  Agayev adına MMC Təbib tibb kursunun tələbələri iştirak edib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən kitabxananın əməkdaşları Nadir Şəmili və Əyyar Bağırov Milli Qəhrəman Mübariz İbrahimovun həyatı, döyüş yolu haqqında məlumat veriblər. Sonra tələbələr mövzu ilə bağlı fikirlərini ifadə ediblər.