06.02.2023
Fevralın 6-da Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Təhsil sektorunun və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə kitabxanada “Heydər Əliyev İrsinin öyrənilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Güllütəpə kənd tam orta məktəbinin lX-Xl sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra kitabxananın direktor əvəzi Zamin Məmmədov kitabxananın yaranma tarixi, kitab fondu və kitablardan istifadə qaydaları haqqında iştirakçılara məlumat verib.
Məktəblilər kitabxanada iş prosesi və şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, fonda daxil olan yeni kitablar haqqında ətraflı məlumat əldə ediblər. Oxu zalı, “Nağıl otağı” və aktual mövzular üzrə kitab sərgiləri ilə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub. Daha sonra kitabxana əməkdaşı Gülər Piriyeva iştirakçıları abunə qaydaları ilə tanış edib.
Yekunda məktəblilər seçdikləri kitablara üzv yazılıblar.