Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan gəncliyinin himayədarı

06.02.2023

Fevralın 6-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili"nə həsr olunmuş "Azərbaycan gəncliyinin himayədarı" mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Hamarkənd kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə ümummilli lider Heydər Əliyevin gənclərimizə göstərdiyi diqqət və qayğıdan ətraflı şəkildə bəhs edib. Z.Məmmədzadə hələ 70-80-ci illərdə Ulu Öndər tərəfindən tələbələrimizə yüksək şəraitdə təhsil almaları üçün yaradılan imkanları xüsusi vurğulayıb.

Yekunda tədbir iştirakçıları "Unudulmaz dahi" adlı sərgi və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.