02.02.2023
Fevralın 2-də Masallı Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov Bakı Kitab Mərkəzinin dəstəyi və Azerbaijanartist sosial media platformasının təşkilatçılığı ilə “Baku Book Center”də 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Axın” adlı sərgidə iştirak edib.
32 həvəskar və peşəkar gənc rəssamın əsərləri nümayiş olunan sərgidə “Axın” üzvü olan Təhmasib Məcidov özünün kətan üzərində yağlı boya ilə çəkdiyi Sünbül əsəri ilə iştirak edib.
Sərgidə Contemparory Baku Şirkətinin direktoru Qalib Qasımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Azərbaycan Dövlət Rəsm Qalereyasının elmi-bərpa, metodiki və ekskursiya şöbəsinin müdiri Elçin Hüseynli qonaq qismində iştirak edərək rəssamlara işlərində uğurlar arzulayıblar.