Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər tarixi

03.02.2023

Fevralın 3-də Masallı Tarix -Diyarşünaslıq Muzeyində “Zəfər tarixi” adlı tarix dərsi keçirilib.

Tarix dərsində İntiqam Əsgərli adına şəhər 3 saylı  tam orta məktəbin  müəllim və  şagirdləri iştirak edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin əməkdaşları Dilgüşə Məmmədova , Heyran Lələyeva  tarix dərsində 44 günlük Vətən müharibəsinin tarixi faktları, siyasi, həmçinin cəbhədə gündəlik baş verən hadisələr, eləcə də bizə Zəfəri qazandıran qəhrəmanlar haqqında şagirdlərə geniş məlumat veriblər.

Yekunda şagirdlər muzeyə ekskursiya edib.