03.02.2023
Fevralın 3-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbində “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev: Zaman, Şəxsiyyət və Əbədiyyat” adlı tədbir keçirilib.
Tədbirdə kitabxana əməkdaşlarından Gülər Piriyeva və Arzu Hüseynova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdlərə geniş məlumat veriblər
Yekunda məktəbin VllB sinif şagirdlərindən Mərd Orucov, Qeysər Rəhmətov və Leyla Ağayeva Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.