Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsinin öyrənilməsi

02.02.2023

Fevralın 2-də Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Təhsil sektorunun və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə kitabxanada “Heydər Əliyev İrsinin öyrənilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Milli Qəhrəman Səfəralı Məmmədov adına Sərçuvar kənd orta məktəbinin lV,V və Vll sinif şagirdləri iştirak ediblər.

Şagirdlər “Heydər Əliyev İli”nə və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş sərgilərə baxıblar. Sonra iştirakçılara kitabxana fondunun tərkibi və istifadə qaydaları haqqında  məlumat verilib.

Yekunda məktəblilərin kitabların mühafizəsi və uşaq ədəbiyyatı ilə bağlı sualları cavablandırlıb.