Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc nəslin hərtərəfli inkişafında dövlət siyasəti

02.02.2023

Fevralın 2-də  Yardımlı rayon Mərkəzi Kitabxanasında “2 fevral-Gənclər Günü” ilə əlaqədar“ "Gənc nəslin hərtərəfli inkişafında dövlət siyasəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Yardımlı rayon Peşə məktəbinin kollektivi və digər oxucular iştirak edib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan MKS-in direktoru Rahim Səfərov mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin adından gəncləri təbrik edib.

Sonra MKS-in şöbə müdiri Vasif Abdulov geniş məruzə ilə çıxış edib. Daha sonra peşə məktəbinin direktoru Qabil Ağayev, oxuculardan Azər Abışlı və Murad Adışlı çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.