Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan gəncliyində Heydər Əliyev imzası

02.02.2023

Fevralın 2-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyində Heydər Əliyev imzası” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin, Təhsil Sektorunun, Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının (ATİAHİ) Yardımlı rayon Komitəsinin, Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin əməkdaşları iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.

Tədbir Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edənlər ATİAHİ Yardımlı rayon Komitəsinin sədri Azər Əkbərov, Yardımlı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və  humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Yeni Azərbaycan Partiyasının Yardımlı rayon Təşkilatının sədri Anar Alışov, Təhsil sektorunun müdiri Kamal Təhməzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin rəisi Yusif Əhmədov, şəhid atası Ədalət Qarayev, mərkəzin baş fond mühafizi Zeynəb Məmmədzadə, Gİİ-nin rəisi Şəhriyar Şəbiyev Azərbaycan gəncliyinin bu günkü inkişaf səviyyəsinə çatmasında Ulu Öndərin atdığı qətiyyətli addımlardan, yürüdülən gənclər siyasətinin dəqiqliyindən, Azərbaycan gəncinin dünya miqyasındakı uğurlarından, gənclərimizə dövlətimizin diqqət və qayğısından geniş şəkildə bəhs ediblər.

Yekunda əlamətdar gün münasibətilə gənclərin ünvanına təbriklər səsləndirilib, onlara fəaliyyətlərində uğurlar arzulanıb.