Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nə? Harada? Nə zaman?

02.02.2023

Fevralın 2-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə mərkəzdə "2 Fevral-Gənclər Günü"nə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual bilik yarışı keçirilib.

Yarışda Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının fəal gəncləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Ofeliya Qəhrəmanova əlamətdar gün münasibətilə gəncləri təbrik edib və  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Gənclərin gərgin və maraqlı mübarizəsi ilə keçən yarışda “Desant” komandası I, “Alfa” komandası II, “Turist” komandası isə III yerə layiq görülüb.