Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Gənclər Günü qeyd olunub

02.02.2023

Fevralın 2-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr, hərbi qulluqçular və fəal gənclər iştirak ediblər.

Əvvəlcə yaradıcı gənclərin xeyriyyə məqsədi ilə təşkil edilmiş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun gənclərini əlamətdar gün münasibətilə təbrik edərək əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirdə çıxış edənlər  Prezident İlham Əliyevin gənclərə və idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevridiyini qeyd etmişlər.

Tədbirdə Cəlilabadlı gənclər adından Rafiq Cəlilov "Gənclərin Dostu" mükafatı ilə təltif olunub, həmçinin 2022-ci ildə müxtəlif sahələrdə fərqlənən gənclərə rayon icra hakimiyyətinin “Fəxri Fərmanı” təqdim edilib.

Ümumrayon tədbiri Mədəniyyət Mərkəzinin solistlərinin ifasında rəngarəng konsert proqramı ilə davam edib.