Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2 fevral-Azərbaycan Gəncləri günüdür

02.02.2023

Fevralın 2-də Masallı rayon Mərkəzi Kitabxanasında “2 fevral-Azərbaycan Gəncləri günüdür” mövzusunda keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin qərarı ilə Azərbaycan Gəncləri Gününün təyin edilməsi Ümummilli Liderin ölkə gənclərinə mühüm dəyər verməsinin və onlara yüksək etimad göstərməsinin bariz nümunəsidir. Sonra kitabxananın əməkdaşları Rasif Dadaşov və Gülər Piriyeva məruzə ilə çıxış ediblər.

Yekunda kitabxananın bir qrup gənc əməkdaşına “Təşəkkürnamə”lər təqdim olunub.