Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycan gəncliyi

02.02.2023

Fevralın 2-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi, Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbirdə rayonun fəal gəncləri ilə yanaşı YAP Masallı rayon Təşkilatının nümayəndələri, mədəniyyət işçiləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi Partiya Təşkilatının sədr müavini Gülcahan Vəkilzadə, YAP Masallı rayon Təşkilatının əməkdaşı Eldar Kazımov, Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva,  “Peşə Təmayüllü Siniflərin təşkili” layihəsinin qrup rəhbəri Elməddin Quliyev və Masallı Dövlət Regional Kollecin TGT sədri Elçin Ağayev çıxış edərək ölkəmizdə gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən bu siyasətin, dövrün tələblərinə uyğun olaraq, daha da təkmilləşdirilərək uğurla davam etdirildiyini vurğulayıblar.

Sonra rayonun fəal gənclər çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər.