Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yol Hərəkəti Qaydalarını birgə öyrənək

06.07.2022

İyunun 6-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Yol Hərəkəti Qaydalarını birgə öyrənək" mövzusunda təlim keçirilib.

Təlimdə Mərkəzin əməkdaşları, GİKM-nin Yardımlı rayonu üzrə nümayəndələri, Yardımlı rayon Gənclər və İdman İdarəsinin kollektivi, Yardımlı rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşı Əsəd Əsədov və rayon gəncləri iştirak edib.

Tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Aqil Ağayev və polis kapitanı Əsəd Əsədov yol hərəkəti qaydaları barədə gənclərə ətraflı məlumatlar veriblər.

Yekunda gəncləri maraqlandıran sullar cavablandırılıb.