Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib.

14.11.2022

Noyabrın 14-də Cəlilabad rayon Şorbaçı və Komanlı kənd kitabxana filiallarının təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Komanlı kənd orta məktəbində "Gəlin birlikdə yol hərəkəti qaydalarını öyrənək", Şorbaçı kənd orta məktəbində isə "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" mövzularında tədbirlər keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabxana filiallarının əməkdaşları uşaqlarla maarifləndirici söhbətlər apararaq onlara yolu keçərkən hansı qaydalara diqqət edilməsi və işıqforun rənglərinin hərəkəti necə tənzimləməsi haqqında məlumatlar veriblər.

Yekunda uşaqları maraqlandıran suallar cavablandırılıb.