Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəngin adət və ənənələrimiz

25.01.2023

Yanvarın 25-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar “Zəngin adət və ənənələrimiz” mövzusunda tədbir keçirilib.  

Tədbirdə Ə. İsmayılov adına Yeyənkənd , Səməd Vurğun adına Türkoba kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra muzeyin əməkdaşı Heyran Lələyeva  ölkəmizdə əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, etnik azlıqların mədəni irsinin qorunub saxlanılması , inkişaf etdirilməsi, bölgəmizin foloklor, xalq tətbiqi sənəti nümunələrindən  geniş söhbət açıb.

Yekunda tədbir iştirakçıları muzeyə ekskursiya edərək regionun zəngin adət və ənənələri ilə yaxından tanış olublar.