Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tofiq Kazımov-100

24.01.2023

Yanvarın 24-də Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov Azərbaycanda lirik- psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşmasının Tofiq Kazımovun adı ilə bağlı olduğunu vurğulayıb. Həmçinin qeyd olunub ki,  Tofiq Kazımovun Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalar mərhum sənətkarın özünə məxsus xüsusi yaradıcılıq üslubunun parlaq nüumunəsi idi.  

Sonra kitabxananın əməkdaşı Gülər Kərimova Tofq Kazımovun səhnə fəaliyyəti və yaradıcılığı haqqında məruzə ilə çıxış edib.