24.01.2023
Yanvarın 24-də Masallı rayon Mərkəzi Kitabxanasında rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Səməd Vurğun adına Türkoba, Ərzuman İsmayılov adına Yeyənkənd və Elşad Ağayev adına Hişkədərə kənd orta məktəblərinin 6-11-ci sinif şagirdləri iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nahid Hüseynov, təhsil sektorunun metodisti Nazim İsrafilov çıxış edərək tədbirin mahiyyətindən danışıblar.
Tədbirdə kitabxananın direktor əvəzi Zamin Məmmədov kitabxananın yaranma tarixi, kitab fondu və kitablardan istifadə qaydaları haqqında iştirakçılara məlumat verib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd gənc nəsillərə ümummilli lider Heydər Əliyev irsinin təbliği, vətənpərvərlik hissinin aşılanması və bədii kitablara marağın oyadılmasıdır.
Yekunda şagirdlər seçdikləri kitablara abunə yazılıblar.