Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölməzliyə gedən yol

26.08.2018

Sentyabrın 26-da R.Tağıyev adına Tarix Diyarşünaslıq muzeyində Sərcuvar, Sirəbil,Boradigah,Mollaoba, Babaser, Bədəlan, Çayqıraq, Dəmirçi,Aşurlu,Qızılavar, Böyük Kolatan,Bala Kolatan,Sığdaş,Xanalion,Babaküçə,Qodman kəndləri üzrə Qarabağ doyüşlərində, 2016 cı il Aprel döyüşlərində  şəhid olmuş oğullarımızın xatirəsi yad olundu.

        Tədbiri muzeyin direktoru Ə.Tağıyeva şəhidlərin ruhunu bir dəqiqəlik sukutla yad etməklə açıq elan etdi.  Masallı Rayon Ziyalı İctimai Birliyinin sədri Q,Fətullayev  çıxış edərək ordumuzun möhkəm olmasını gənc nəslin maarifləndirməsində olduğunu vurğuladı. Aprel döyüşlərində şəhid olmuş oğullarımızın xatirəsini əziz tutulması məqsədilə 2018 -ci il aprel ayında rayon məktəbliləri arasında Respublika üzrə keçirilən inşa-yazı  müsabiqəsində iştirak etmiş ,fərqlənmiş şagirdlərin və bu işdə əməyi olan müəllimlərin Rayon İctimai Birliyi tərəfindən mükafatlandırıldı. Həmçinin şəhid haqqında yazdığı kitaba görə " Yeni həyat" qəzetinin redaktor müavini  Rəsul Rzayevə, aprel döyüşlərinin şahidi olmuş Əziz Çankişizadəyə fəxri fərmanlar təqdim edildi.

        Ağsaqqallar Şurasının sədri Ə.Niftiyev, MƏSQV təşkilatının sədri M.Şiriyev," Yeni həyat" qəzetinin redaktor müzvini  R.Rzayev, Ə. Nuriyev,DQİÜDK-nin baş məsləhətçisi K.Bağırov, SHXÇDX-nin Masallı rayon şöbəsinin rəis müavini leytenant R.Nəsibov,Qarabağ veteranı V.Abbasov,şəhid ailələri çıxış edərək şəhidlərimizin qəhrəmanlığlarından, vətəni qoruyan oğulların ruhlarından güc alaraq müasir gənclərimizin vətənpərvərlik hisslərindən , düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə qaytarılacağını söylədilər.

        Tədbirin sonunda şəhidlərə aid olan eksponatlara baxış keçirilərək xatirə şəkili çəkdirildi.
        Allah bütün şəhidlərimizi rəhmət eləsin. Ruhları şad qəbirləri nurla dolsun.