19.01.2023
Yanvarın 19-da Masallı Onbirillik İncəsənət Məktəbində 20 yanvar faciəsinin 33-cü il dönümü ilə əlaqədar "Hüzn Günü" adlı tədbir keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib ,sonra müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Gündüz Babayev 20 Yanvar faciəsi haqqında mühazirə ilə çıxış edib.
Sonra xalq çalğı alətləri şöbəsinin müəllimi Qabil Niftiyevin ifasında "Zəminxarə" muğamı səslənidirilib, Xoreoqrafiya sinfinin şagirdi Zeynəb Kazımlı isə "Xatirələr" adlı kompozisiya ilə çıxış edib.
Yekunda məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin "Hüzn günü" başlıqlı rəsm sərgisinə baxış keçirilib.