18.01.2023
Yanvarın 18-də 20 Yanvar faciəsinin 33-cü il dönümü ilə əlaqədar Cəlilabad rayon Mərkəzi Kitabxanasında “20 Yanvar müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, MİHİ-nin Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov, Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbin şagirdləri, Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbələri və MKS-in əməkdaşları iştirak edib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Müşahidə Nərimanova açaraq 20 Yanvar faciəsindən və həmin gecə insanlığa qarşı törədilmiş vəhşiliklərdən bəhs edib. Sonra Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev, MKS-in Metodika və Biblioqrafiya şöbəsinin baş biblioqrafı Əyyar Bağırov, MKS-in direktor vəzifəsini müvəqqəti icra edən Qənimət İsrafilova çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər.
Yekunda şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.