18.01.2023
Yanvarın 18-də Cəlilabad rayon Privolnoye kənd mədəniyyət evi və kitabxana filialının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "20 Yanvar qan yaddaşımız" mövzusunda tədbir keçirilib.
Əvvəlcə 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mədəniyyət evinin əməkdaşı Elman Səfərov, kitabxanaçı Şəfəq Məmmədova çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşilikdən, Azərbaycan xalqının mübarizliyindən danışıblar.