19.01.2023
Yanvarın 19-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində 20 yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və 20 yanvar həqiqətləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin, Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak edib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 20 yanvar hadisəsi ilə bağlı Ulu Öndərin mövqeyi və bu hadisələrin baş verdiyi zaman atdığı addımlardan danışıb. Sonra hadisələrin şahidi olan muzeyin əməkdaşı Şəmsiyyə Tağıyeva həmin günlərdə gördüklərindən söhbət açıb.
Tədbirdə mərkəzin əməkdaşı Lətifə Həsənova, qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov , muzeyin əməkdaşı Dilgüşə Məmmədova çıxış edərək vətənin azadlığı, suverenliyi uğrunda canlarını qurban verən 20 yanvar şəhidlərinin hər birimizin qürur mənbəyi olduğunu vurğulayıblar