17.01.2023
Yanvarın 17-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş “Qəhrəmanlıq və iftixar tariximiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbələrinin iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra kitabxananın əməkdaşları Əyyar Bağırov və Müşahidə Nərimanova çıxış edərək bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində görünməmiş vəhşiliklərə yol verildi, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirildi və yüzlərlə insan müxtəlif bədən xəsarəti aldı.
Yekunda tələblər də mövzu ilə bağlı fikirlərini ifadə ediblər.