Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər və Şahidlər

19.01.2023

Yanvarın 19-da Yardımlı rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin otuz üçüncü il dönümü ilə əlaqədar “Şəhidlər və Şahidlər” mövzusunda dəyirmi masa keçirilib.                                                    

Tədbirdə Yardımlı Peşə məktəbinin müəllim və şagird kollektivi, həmçinin kitabxananın digər oxucuları iştirak edib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən MKS-in şöbə müdirləri Vasif Abdulov, Gündüz Manafov, Ərşad İsrafilov, Peşə məktəbinin direktoru Qabil Ağayev, müəllim Ramiz Orucov, oxucu Qüdrət Əliyev mövzu ilə bağlı fikirlərini ifadə ediblər

Yekunda tədbir iştirakçıları  20 Yanvar faciəsini əks etdirən foto-stend və kitab sərgisinə baxış keçiriblər.