Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər doğuldu ki, yaşasın vətən

16.01.2023

Yanvarın 16-da Cəlilabad rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Şəhidlər doğuldu ki, yaşasın vətən” mövzusunda tədbir keçirilib.

Tədbirdə Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbələri iştirak edib.

Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra kitabxananın əməkdaşı Əsmər Sadıqova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş hadisələrdən danışıb.

Tədbirdə tələblər də mövzu ilə bağlı fikirlərini ifadə ediblər.