17.01.2023
Yanvarın 17-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin 33-cü il dönümü ilə əlaqədar "20 Yanvar-qan yaddaşımız" mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbələri iştirak edib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Şövqi Bayramov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın milli azadlıq mübarizəsindən danışıb. Sonra tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini ifadə ediblər.