18.01.2023
Yanvarın 18-də Yardımlı rayon Mərkəzi Kitabxanasında şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən MKS–in direktoru Rahim Səfərov tədbirin mahiyyəti haqqında məlumat verib. Sonra MKS–in şöbə müdiri Eldəniz Heydərov geniş məruzə edərək vuruğlayıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir.
Tədbirdə şəhər 1 saylı tam orta məktəbin müəllimi Mehdi Əzimov, şagirdlərdən Arzu Əlizadə, Nuranə Hüseynova, Kənan Babayev də çıxış edərək mövzu ilə əlaqədar öz fikirlərini ifadə ediblər.
Yekunda tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən foto-stend və kitab sərgisinə baxış keçiriblər.