17.01.2023
Yanvarın 17-də Cəlilabad Dövlət Rəsm Qalereyası və 4 saylı şəhər klubunun birgə təşkilatçılığı ilə Qalereyada 20 Yanvar faciəsinin 33-cü ildönümünə həs olunmuş sərgi keçirilib.
Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Elnur Atakişiyev və Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov da iştirak edib.
Sərgidə şəhər 1, 2, 7 və 8 saylı məktəblərin şagirdlərinin əl işləri nümayiş olunub.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə Qalereyanın direktoru Elçin Nəzərov açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş hadisələrdən danışıb.
Sonra tədbir iştirakçıları sərgiyə baxış keçirib.