Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı MKS-də Turizm Günü ilə bağlı tədbir

27.09.2018

27 sentyabr turizm işçilərinin peşə bayramı günüdür.
Turizm işçilərinin peşə bayramı günü Masallı rayon Mərkəzi kitabxanası və kitabxana filiallarında qeyd edilir. Bununla əlaqədar kitabxanalarımızda “Turizm guşələri” və “Turizm masası” yaradılmış və həmin guşələr daıma yenilənən zəngin materiallarla təmin edilmişdir. 27 sentyabr 2016-cı ildə Masallı rayon Mərkəzi kitabxanasında Turizm işçilərinin peşə bayramına həsr olunan tədbir keçirilmişdir. Kitabxananın qarşısında turizmə dair kitablardan ibarət sərgi təşkil edilmiş və tədbir iştirakçıları sərgi ilə yaxından tanış olmuşlar.