17.01.2023
Yanvarın 17-də Yardımlı rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 33-cu ildönümü ilə əlaqədar "20 yanvar -azadlığın simvoludur" mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan MKS-in direktoru Rahim Səfərov tədbirin mahiyyəti haqqında məlumat verib. Sonra MKS-in şöbə müdiri Vasif Abdulov mövzu ilə bağlı geniş məruzə edib.
Tədbirdə çıxış edən MKS-in digər əməkdaşları Vahid Kərimov, Gündüz Manafov da mövzu ilə bağlı öz fikirlərini ifadə ediblər.
Yekuna iştirakçılar "Qara Yanvar-(1990)" başlıqlı foto-stendə və "20 Yanvar - Qan Yaddaşı" başlıqlı kitab sərgisinə baxış keçiriblər.