16.01.2023
Yanvarın 16-da Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Avaş kənd kitabxana filialının təşkilatçılığı ilə Avaş kənd tam orta məktəbində 2023-cü ili “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxana filialının müdiri Əyyub Xurşudov ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolu haqqında şagirdlərə məlumat verib.
Sonra məktəbin müəllimi Allahbağış Orucov geniş məruzə ilə çıxış edib.