Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azadlığa gedən yol

17.01.2023

Yanvarın 17-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Bəxtiyar Şiriyev adına Mollaoba kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş  “Azadlığa gedən yol” mövzusunda tədbir keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə acan məktəbin direktoru, şəhid bacısı Dilşad Məhərrəmova çıxış edərək bildirib ki, 33 il  keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Azadlıq mücadiləmiz məhz 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatdı. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Muzeyin elmi işçisi Dilğüşə Məmmədova isə çıxışında bildirib ki, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu sübutudur.

Sonra muzeyin elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı geniş məruzə etdi.

Yekunda şagirdlərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş şeirlər səsləndirilib və faciəyə aid foto sərgiyə baxış keçirilib.