Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unudulmaz tarix

13.01.2023

Yanvarın 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Unudulmaz tarix” mövzusunda tarix dərsi keçirilib.

Tarix dərsində Mahmudavar kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva faciənin baş vermə səbəbləri və xalqın mübarizlik əzmindən danışıb.

Yekunda şagirdlər 20 yanvar faciəsinə həsr olunmuş foto sərgiyə baxış keçirməklə yanaşı muzeyə  ekskursiya etdilər.