Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Uşaq İncəsənət Məktəbində Müəllimlər Günü qeyd edildi

28.09.2018

YAP Masallı rayon təşkilatının təşkilatçılığı ilə İncəsənət məktəbi ərazi ilk partiya təşkilatında 5 oktyabr Beynəlxalq Müəllimlər gününə həsr olunmuş “Təhsil bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilmişdir.
       Tədbiri giriş sözü ilə İncəsənət məktəbi ərazi ilk partiya təşkilatının sədri Azər Əhədzadə açaraq rayon müəllimlərini peşə bayramları münasibətilə təbrik etmişdir.
       YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd edib.
       Seyfəddin Əliyev təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə Möhtərəm Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
       Tədbirdə çıxış edən Əməkdar müəllim Mirqabil Hüseynov, rayon təhsil şöbəsinin müavini Samit İslamov, təhsil işçilərindən Mehriban Əzizova, Elmar Qulamov və başqaları Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin formalaşmasında verdiyi töhfələrdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək dövlət başçısına minnətdarlıq ediblər.
      Sonra İncəsənət məktəbinin fəal şagirdlərinə eləcədə təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçilərinə YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələri təqdim olunub. 
Sonda rayon İncəsənət məktəbinin fəal şagirdlərinin ifasında Üzeyir Hacıbəyovun üverturaları ifa olunub.