29.12.2022
Dekabrın 29-da Cəlilabad rayon Privolnoye kənd mədəniyyət evinin, kitabxana filialının birgə təşkilaçılığı ilə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəlik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Privolnoye körpələr evi - uşaq bağçasında baş tutan tədbirdə çıxış edən mədəniyyət evinin əməkdaşı Elman Səfərov iştirakçıları təbrik edib.
Tədbirdə Şaxta Baba və Qar Qız uşaqlarla şən, əyləncəli oyunlar keçirib.
Tədbir balaca fidanların ifasında şeir və mahnıların səsləndirilməsi, eləcə də rəslərlə davam edib.