Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yenilməz Azərbaycan xalqı

30.12.2022

Dekabrın 30-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Yenilməz Azərbaycan xalqı" adlı tədbir keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Çayüzü kənd orta məktəbinin direktoru Hacıabış Əhmədov, Köryədi kənd orta məktəbinin direktor müavini Ağamirzəyev Elgün və şagirdlər iştirak edib.

Ayaz Əliyev və mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə çıxış edərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.  

Yekunda cari ildə mərkəzdə keçirilən tədbirlərdə fərqlənənlərə"Təşəkkürnamə"lər təqdim olunub.