Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həmrəylik Günü və Yeni il balaca rəssamların gözü ilə

29.12.2022

Dekbarın 29-da Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəsm dərnəyi”nin şagirdləri üçün Yeni il şənliyi keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə, “Rəsm dərnəyi”nin müəllimi Lalə Nəzərova, 32 saylı kitabxana filialının müdiri Sevanə Mənsimova çıxış edərək uşaqları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib.

Sonra alqış sədaları altınd Şaxta baba şənliyə daxil olub. Şaxta babanın uşaqlarla birlikdə ifa etdiyi mahnı və rəqslər tədbiri daha da rəngarəng edib.

Daha sonra uşaqlar üçün mərkəzdə bayram süfrəsi açılıb.

Qeyd edək ki, bayram tədbiri Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı”nına əsasən uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib.